Image
Layihələndirmə işləri

Evin tikintisinə başlamazdan əvvəl onun memarlıq layihəsi yaradılmalıdır, və bu layihə sonrakı işlərin əsasını təşkil edəcəkdir. Düşünülmüş və diqqətlə hazırlanmış bir layihə mövcud olduqda, sonrakı işlər bir neçə dəfə daha asan, daha qənaətli və daha sürətli olur. «OKA Construction» şirkəti öz müştərilərinə evlərin, binaların, kotteclərin və s.fərdi layihələndirilməsi və sifarişçinin ehtiyac və istəklərini nəzərə alaraq faydalı və mühüm xidmət təklif edir. Layihələndirməyə başlamazdan əvvəl sifarişçi ilə ətraflı müzakirələr aparılır. Bütün sonrakı planı razılaşdıraraq memarlıq məsələləri həll edilir. Evlərin fərdi layihələndirilməsi gələcək binanın memarlıq işləri, ümumi planları, memarlıq həlləri ilə başlayır. Bu layihə gələcək obyektin xarici görünüşünü təsvir etməyi üçün kömək edir. İşin bütün mərhələlərində fərdi layihələndirmə mövcud norma və qaydaların tələblərinə uyğun olaraq bütün kompleks layihə işlərini peşəkarcasına yerinə yetirən «OKA Construction» şirkətinin yüksək ixtisaslı memarları və layihəçiləri tərəfindən həyata keçirilir.