Image
İlk öncə müəyyən edək, interyer dizaynı nədir?

İnteryer dizaynı öz evinizdə, mənzilinizdə, ofisinizdə yarada biləcəyiniz vizual komfort deməkdir. Otağın interyeri rahatlıq yaradacaq və gözü sevindirəcək tamamilə hər şeyi əhatə edir. İnteryer dizaynının əsas komponentləri mebel, rənglər, xətlər, formalar, fakturalar və işıqlandırmadır. Düzgün seçilmiş interyerdən çox şey, həmçinin əhval-ruhiyyə asılı olur. Bu, cox təəccüblüdür, elə deyilmi? Bu halda «OKA Construction» şikətinin dizaynerlər komandası hər zövqə uyğun bir çox müxtəlif dizaynları təqdim edərək sizi daha da təəccübləndirəcək. Yeni bir dünya yaratmaq istədiyiniz ev, ofis və ya hər hansı bir otaq dizaynı ilə sizə kömək göstərməklə şad olarıq. Hətta klassika və ya modernizm həvəskarı olduğunuz halda bizim interyer dizaynerləri sizə nə lazım olduğunu dəqiq bilirlər.